Bank Of Baku

Jan-Klod Trişe: «Avropa Birliyi konfederasiyaya çevriləcək»

Jan-Klod Trişe: «Avropa Birliyi konfederasiyaya çevriləcək»
# 28 iyul 2011 02:57 (UTC +04:00)
Bakı-APA. Gələcəkdə Avropa Birliyi suveren dövlətlərin birliyinə çevriləcək. Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişe bu fikirdədir.

« Uzunmüddətli perspektivdə Avropa Birliyi institutlarının təkamülünü gözləməyə tam əsas var. Avropa Birliyinin vətəndaşı olaraq mən görürəm ki, AB tədricən inkişaf edərək sonda Birləşmiş Ştatlardan fərqli struktura malik suveren dövlətlər konfederasiyasına çevriləcək», deyə Trişe vurğulayıb.

Avro zonasındakı vəziyyətə toxunan Jan-Klod Trişe hazırda bu zonada ABŞ və Yaponiyaya nisbətən daha az problemin olduğunu, lakin avrozonanın idarəetmə sisteminin ciddi möhkəmləndirilməyə ehtiyacı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR