Bank Of Baku

Polşada prezident Kaçinskinin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yekun hesabat açıqlanıb

Polşada prezident Kaçinskinin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yekun hesabat açıqlanıb
# 29 iyul 2011 13:47 (UTC +04:00)
APA-nın məlumatına görə, hesabatda insidentin səbəbləri və baş verən şərait barədə rəy, həmçinin belə hadisələrin bir daha təkrarlanmaması üçün tövsiyələr öz əksini tapıb. Sənəddə təyyarə qəzasına görə günahkarlar və məsuliyyətin kimin üzərinə düşməsi barədə fikirlər yer almayıb.

Komissiya bu qənaətə gəlib ki, uçuşun müxtəlif mərhələlərində Polşa və Rusiya tərəfi qeyri-dəqiqliyə və pozuntulara yol veriblər. Xüsusi olaraq qeyd edilir ki, Polşada hökumət pilotlarının hazırlanması proqramı müasir tələblərə cavab vermir. Prezidentin təyyarəsi uçuşdan əvvəl zəruri texniki xidmətdən keçsə də, ekspertlərin fikrincə, Smolensk aeroportunun işıqlandırma sistemi qeyri-qənaətbəxş olub. Bundan başqa enmə xəttinin yaxınlığındakı ağacların hündürlüyü də yol verilən normalardan yüksək olub. Lakin bir çox çatışmazlıqlara rəğmən aerodroma eniş sxemi təyyarəni təhlükəsiz şəkildə yerə endirməyə imkan verirmiş.

Xatırladaq ki, Smolensk yaxınlığında baş verən qəzada prezident və xanımı ilə yanaşı 94 nəfər ölüb. Rusiya tərəfi qəzanın pilotların səhvi ucbatından baş verdiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR