Bank Of Baku

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner erkən təqaüdə getmək istədiyini açıqlayıb- YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner erkən təqaüdə getmək istədiyini açıqlayıb- <font color=red>YENİLƏNİB</font>
# 29 iyul 2011 17:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib. İşık Koşaner dünən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla təkbətək görüş keçirib. Qeyd edək ki, avqustun 1-də Ali Hərbi Şuranın iclası keçiriləcək. Baş qərargah rəisi postuna yeni təyinat Ali Hərbi Şuranın iclasında müəyyənləşə bilər.

Cnnturk.com-un məlumatına görə, Türkiyə Quru, Hava və Dəniz Qüvvələrinin komandanları Erdal Ceylanoğlu, Hasan Aksay və Uğur Yiğit də İşık Koşanerlə analoji addım atıblar.

Bu hadisədən sonra Jandarma Baş Komandanı Necdet Özəllə baş nazir Rəcəb Tayyip Ərdoğan arasında yarım saata yaxın sürən bir görüş olub.

Daha sonra baş nazir Ərdoğan baş nazir müavini Bəşir Atalay ilə görüşüb. Görüşlərin detalları barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR