Bank Of Baku

Dövlət Baxçalı: «Dövlət böhranı idarəolunmaz bir mərhələyə çatıb»

Dövlət Baxçalı: «Dövlət böhranı idarəolunmaz bir mərhələyə çatıb»
# 29 iyul 2011 20:36 (UTC +04:00)
Bakı-APA. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner və quru, hava və dəniz qüvvələrinin komandanlarının erkən təqaüdə getmək barədə qərarına münasibət bildirib.

CNNtürkün məlumatına görə, Baxçalının adından yazılı açıqlama yayılıb.

«Bu fövqəladə hadisənin ciddi bir dövlət böhranına qapı açdığı gün kimi ortadadır. Əsasən siyasi iqtidarın məhkəmənin AKP’liləşdirilməsindən sonra gözünü Türk Silahlı Qüvvələrinə dikdiyi və bundan qaynaqlanan böhranın qarşısıalınmaz və idarəolunmaz bir mərhələyə gəldiyi anlaşılmaqdadır», deyə açıqlamada bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR