Bank Of Baku

Gürsel Tekin: «İqtidarın hüquq və qayda tanımaz tərzi davam edir»

Gürsel Tekin: «İqtidarın hüquq və qayda tanımaz tərzi davam edir»
# 29 iyul 2011 21:03 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Gürsel Tekin Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner və quru, hava və dəniz qüvvələrinin komandanlarının erkən təqaüdə getmək barədə qərarına münasibət bildirib.

APA-nın CNNtürk-ə istinadən verdiyi məlumata görə, Tekin məlumatsızlıq ortamı yaşanmasından şikayətlənib. «Bu saata qədər istefa edən komandanlar da, hökumət də, prezident də bir açıqlama verməyiblər. Doğrusu bu xoş bir mənzərə deyil. Mənim gördüyüm mənzərə, iqtidarın yenə hüquq və qayda tanımaz tərzi davam edir», deyə o bəyan edib.

Partiya qərargahından sədr Kamal Kılıcdaroğlunun da tətilini yarımçıq qoyaraq Ankaraya dönəcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR