Bank Of Baku

Türkiyə rəhbərliyində generalların istefalarının ardınca bir sıra görüşlər keçirilib

Türkiyə rəhbərliyində generalların istefalarının ardınca bir sıra görüşlər keçirilib
# 29 iyul 2011 21:11 (UTC +04:00)
Bakı-APA. Türkiyədə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner və quru, hava və dəniz qüvvələrinin komandanlarının erkən təqaüdə getmək barədə qərarından sonra dövlətin rəhbərliyindəki şəxslər arasında bir sıra görüşlər keçirilib. İlk olaraq baş nazir Rəcəb Tayyib Ərdoğan baş nazirin müavini Bəşir Atalay ile görüşüb. Daha sonra Jandarma baş komandanı Necdət Özəl də, həmin görüşə qatılıb. Üçtərəfli görüş 40 dəqiqə davam edib.

Bu görüşdən sonra Necdət Özel Çankaya Köşkünə gedib. Özəlin ardınca Köşkə baş nazir Rəcəb Tayyib Ərdoğan gəlib və prezident Abdulla Gülün iştirakı ilə daha bir üçtərəfli görüş burada həyata keçirilib. Görüş başa çatdıqdan sonra Abdullah Gül müşaviri Əfqan Ala ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR