Bank Of Baku

Türkiyə Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Əşrəf Uğur Yigit: “Ən güclü dövrünü yaşayan Dəniz Qüvvələrinin davamlı hədəf alınaraq alçaldılması təsadüf deyil”

Türkiyə Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Əşrəf Uğur Yigit: “Ən güclü dövrünü yaşayan Dəniz Qüvvələrinin davamlı hədəf alınaraq alçaldılması təsadüf deyil”
# 01 avqust 2011 08:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Bu günə qədər atdığım hər imzanın və qəbul etdiyim hər qərarın arxasında dayanıram”. APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu fikirlər vəzifəsindən iki gün əvvəl istefa etmiş Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, ordu admiralı Əşrəf Uğur Yigitin dənizçilərə ünvanladığı mesajında yer alıb.

“Biz dənizçilər çətin şərtlər altından daha güclü çıxmağa öyrədildik. Qüvvətli dalğalara və fırtınalara qarşı dayanmağı öyrəndik. Bütün silah yoldaşlarım kimi mən də, Dəniz Qüvvələrimizin bu çətin dövrdən tarixin şahidliyi ilə, üzü ağ, başı dik və daha güclü çıxacağına şübhə etmirəm», - deyə admiral qeyd edib.

Əşrəf Uğur Yigit son zamanlar Silahı Qüvvələr, o cümlədən Dəniz Qüvvələrinin zabitlərinə qarşı edilən basqılardan da danışıb. Admiral vida mesajında qeyd edib ki, Egey və Aralıq dənizinin şərqində kritik vəzifələri yerinə yetirən və ən güclü dövrünü yaşayan Dəniz Qüvvələrinin davamlı hədəf alınaraq alçaldılması bir təsadüf deyil: “2009-cu ilin aprel ayından başlayaraq, vəzifədə olduğum dövrdə davam edən iddialar səbəbi ilə, 15 admiral, 51 yüksək rütbəli zabit, 7 zabit və 3 ehtiyat zabit olmaq üzrə 76 personalımın həbs olunması, yüzlərlə heyətimin isə müxtəlif iddialar çərçivəsində istintaqa cəlbi qüvvələrimizin fəaliyyətinə mənfi təsir etməkdədir. Bu vəziyyət Dəniz Qüvvələrimizin təşkilati quruluşuna və vəzifə funksiyalarına dərindən təsir edəcək bir ölçüyə çatıb. Komandiriniz olaraq, Atatürk qanunlarına, respublikanın təməl dəyərlərinə bu günə qədər olduğu kimi sahib çıxaraq, birlik və həmrəylik ruhu ilə birləşmənizi, bu çətinliklərin öhdəsindən gəlib, daha da güclənməyi son dəfə əmr edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR