Bank Of Baku

Ankarada Türkiyə Yüksək Hərbi Şuranın toplantısı başlayıb

Ankarada Türkiyə Yüksək Hərbi Şuranın toplantısı başlayıb
# 01 avqust 2011 10:16 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iclas yerli vaxtla saat 09:45-də başlayıb və mətbuatın iştirakı olmadan qapalı keçirilir.

Toplantıya baş nazir Rəcəb Tayyip Ərdoğan, Baş Qərargah rəisini vəkili, ordu generalı Necdət Özəl, milli müdafiə naziri İsmət Yılmaz, Baş Qərargahın ikinci rəisi, ordu generalı Aslan Günər, ordu komandanları, generallar Hayri Kıvrıkoğlu, Sərvət Yoruk, Yalçın Ataman, Nüsrət Taşdelər, Quru Qoşunları Təlim və Təhsil (EDOK) komandanı, ordu generalı Saldıray Bərk, Quru Qoşunlarının qərargah rəisi Bəkir Kalyoncu, Hərbi Dəniz Qüvvələrinin donanma komandanı, admiral Emin Murat Bilgel qatılıb.

İlk dəfə olaraq YAŞ toplantısı Baş Qərargah rəisi, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Jandarma baş komandanı olmadan keçirilir.

Şuranın iclası avqustun 4-dək davam edəcək və prezident Abdullah Gül tərəfindən təsdiqlənəndən sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl YAŞ-ın 4 üzvü istefa verib. İstefa verənlər Baş Qərargah rəisi İşıq Koşaner, Quru Qoşunları komandanı Erdal Ceylanoğlu, Hərbi Dəniz Qüvvələri komandanı Uğur Yigid və Hərbi Hava Qüvvələri komandanı Hasan Aksaydır.

YAŞ-ın bir neçə üzvü isə həbsdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR