Bank Of Baku

Liviyadan İtaliyaya gedən gəmidə 25 cəsəd aşkar edilib

Liviyadan İtaliyaya gedən gəmidə 25 cəsəd aşkar edilib
# 02 avqust 2011 02:38 (UTC +04:00)
Bakı-APA. İtaliyanın sahil keşikçiləri tərəfindən Liviyadan gələn gəmidə 25 cəsəd aşkar edilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, 300 qaçqını daşıyan gəmi Aralıq dənizində yerləşən Lampedusa adasına istiqamət alıb. 3 gün əvvəl yola düşən gəmidə ölən 25 nəfərin hamısı cavan oğlanlardır. Onların cəsədi gəminin mühərrik otağında aşkar edilib.

Hazırda onların ölümlərinin səbəbləri araşdırılır. İlkin məlumatlara görə, gənclər boğularaq ölüblər. Liviyada münaqişənin baş qaldırmasından sonra təhlükəli gəmilərlə ölkəni tərk edənlər arasında çoxsaylı ölüm halları müşahidə edilir , Lampedusa adasına qaçqın axını davam edir. Bu ada qeyri-qanuni mühacirlər üçün Avropa İttifaqı ölkələrinə əsas qapıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR