Bank Of Baku

Türkiyə Ali Hərbi Şurasının toplantısı başa çatıb

Türkiyə Ali Hərbi Şurasının toplantısı başa çatıb
# 03 avqust 2011 13:52 (UTC +04:00)
Ankara-APA. Türkiyə Ali Hərbi Şurasının iclası başa çatıb. APA-nın məlumatına görə, avqustun 1-də başlayan toplantıda Silahlı Qüvvələrdə ən yüksək postlara yeni təyinatlar, generalların təqaüdə göndərilməsi, orta və ali zabit heyətinə yeni rütbələrin verilməsi, ordu nizamnaməsini pozan hərbçilərin Silahlı Qüvvələrdən xaric edilməsi kimi məsələlər müzakirə olunub. Ali Hərbi Şuranın qərarları sabah prezident Abdullah Gülə təqdim olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları komandanlarının adları da Ali Hərbi Şuranın iclasında müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR