Bank Of Baku

PKK Bingöldə hərbi maşın karvanına hücum edib, üç əsgər yaralanıb

PKK Bingöldə hərbi maşın karvanına hücum edib, üç əsgər yaralanıb
# 05 avqust 2011 16:05 (UTC +04:00)
Bakı-APA. PKK terrorçuları Bingöldə hərbi maşın karvanına basqın edib. APA-nın məlumatına görə, hücum 1993-cü ildə terrorçular tərəfindən 33 əsgərin öldürüldüyü bölgədə baş verib. Ağır silahlardan atəş açan PKK terrorçuları daha sonra dağlıq əraziyə qaçıblar. Atəş nəticəsində üç əsgər yaralanıb, terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə geniş miqyaslı əməliyyat başlayıb. Əməliyyata hərbi vertolyotlar da cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR