Bank Of Baku

Polşa hökumətinə məxsus “Tu-154M” və “YAK-40” təyyarələri satışa çıxarılır

Polşa hökumətinə məxsus “Tu-154M” və “YAK-40” təyyarələri satışa çıxarılır
# 05 avqust 2011 16:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Polşa hökumətinə məxsus “Tu-154M” və 2 ədəd “YAK-40” təyyarəsi satışa çıxarılacaq. APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Polşa müdafiə nazirinin müavini Çeslav Mroçek açıqlama verib.

Nazir müavini bildirib ki, bu təyyarələrin satışa çıxarılması haqqında elan veriləcək.

Qeyd edək ki, Polşanın yüksək rütbəli dövlət və hökumət rəsmilərinin daşınmasını Hərbi Hava Qüvvələrinin 36-cı xüsusi alayı həyata keçirib. Polşa prezidentinin təyyarəsinin Rusiyanın Smolensk vilayətində qəzaya uğramasından sonra bu alay ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR