Ağ ayı Britaniya turistini öldürüb, dörd nəfəri yaralayıb

Ağ ayı Britaniya turistini öldürüb, dörd nəfəri yaralayıb
# 06 avqust 2011 00:42 (UTC +04:00)
Bakı-APA. Norveçin Svalbard adasında şimal ayısı gənc Britaniyalı turistə Patrik Çeppla hücum edərək onu öldürüb və dörd nəfəri ağır yaralayıb.
APA-nın verdiyi xəbərə görə, Britaniya məktəblərinin Gənc Tədqiqatçılar Cəmiyyətindən adaya səfər edən 80 nəfər hadisə baş verən zaman Von Postbreen buzlaqları yaxınlığında olublar. Bildirilir ki, Çeppl ayını düşərgədən qovmağa çalışarkən hücuma məruz qalıb.
Hadisədən dərhal sonra turistlər peyk telefonu vasitəsi ilə yardım istəyiblər. Vertolyotla adaya gələn tibb işçiləri Çepplın həyatını xilas edə bilməyiblər. Adada olan gənclər 16-23 yaşda olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR