Bank Of Baku

Kiprdə yeni nazirlər kabineti işə başlayır

Kiprdə yeni nazirlər kabineti işə başlayır
# 06 avqust 2011 02:31 (UTC +04:00)
Bakı-APA. Kipr prezidenti Dimitris Hristofya ölkənin elektrik stansiyasında baş vermiş partlayışdan sonra istefa verən nazirlər kabinetinin yerinə yeni hökumət komandasını formalaşdırıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, yeni hökumətdə maliyyə naziri vəzifəsinə iqtisadiyyatçı Kikis Kazamiyas təyin edilib.

Kazamiyasın sözlərinə görə, Kiprin maliyyə durumu Yunanıstan, İspaniya, Portuqaliya qədər ağır deyil Kazamiyas yeni kabinetin perspektivlərini qiymətləndirərkən optimist olduğunu bildirib.

Daxili işləri naziri Neoklis Silikiotis, Əmək naziri Sotiroulla Haralambous və Ədliyə naziri Lukas Lukas yeni kabinetdə vəzifələrinə davam edəcəklər. Eyni vaxt Erato Kozakou yeni xarici işlər naziri, Dimitris Eliyades isə yeni müdafiə naziri təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR