Bank Of Baku

Londonda iğtişaşlar başlayıb, baş nazir məzuniyyətini yarımçıq qoyaraq paytaxta qayıdıb

Londonda iğtişaşlar başlayıb, baş nazir məzuniyyətini yarımçıq qoyaraq paytaxta qayıdıb
# 09 avqust 2011 12:50 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Britaniya baş naziri Devid Kameron məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Britaniya paytaxtındakı yaranmış vəziyyəti hökumət tərəfindən xüsusi çağırılmış fövqəladə komissiya araşdırır. Londondakı iğtişaşlar səbəbilə İngiltərə və Hollandiya arasında keçiriləcək futbol matçı da təxirə salınıb. Qeyd edək ki, iğtişaşlar şənbə günü Tottenhemdə yerli polis məntəqəsinin qarşısında başlayıb. 300 nəfər insan polis tərəfindən 4 avqustda qətlə yetirilən 29 yaşlı Mark Daqqanın ölüm işinin araşdırılmasının necə getdiyini öyrənmək istədikdə tərəflər arasında qarşıdurma yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR