Bank Of Baku

Gürcüstan prezidenti: “Qafqazın bir olması günü uzaqda deyil”

Gürcüstan prezidenti: “Qafqazın bir olması günü uzaqda deyil”
# 09 avqust 2011 22:40 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. “Qafqazın bir olması günü uzaqda deyil.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə avqustun 9-da Anakliyadakı gənc vətənpərvərlər düşərgəsində olan Gürcüstan prezidenti Mixail Saakaşvili belarus, polşalı, erməni və azərbaycanlı yeniyetmələrlə görüşündə bildirib. Prezidentin bildirdiyinə görə, vaxt gələcək Qafqaz xalqları Avropa Birliyi (AB) dövlətlərinin vətəndaşları kimi problemləri həll edəcəklər. “Azərbaycanın və Ermənistanın böyük problemləri var. Lakin mən ümidvaram ki, elə bir gün gələcək ki, Qafqaz vahid, bir olacaq. Qafqazın güclü, bir olması üçün bütün resurslar var. O, təbii ki, sərhədləri, ənənələri və təkrarolunmazlığı ilə yeganədir. Qafqaz xalqları problemləri AB, Benilüks və Skandinaviya dövlətlərinin vətəndaşları kimi həll edəcəklər”,- Saakaşvili bildirib.
Gürcüstan prezidenti Belarus yeniyetmələrinə müraciət edərək “Belaruslar-Avropanın super xalqıdır,-” deyib. “Bu xalq Avropa elitası içində yer tutan qabiliyyətli super Avropa xalqıdır. Bu xalq xoşməramlı, təcrübəli, qonşularla sülh münasibətlidir. Bunu biz həmişə hiss etmişik. Gürcüstan və gürcü xalqı bunu heç vaxt yaddan çıxarmayacaq”,- Gürcüstan prezidenti qeyd edib.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR