Bank Of Baku

London iğtişaşlarında ölən var

London iğtişaşlarında ölən var
# 10 avqust 2011 00:24 (UTC +04:00)
Bakı-APA. Londonun cənubundakı Kroydon rayonunda iğtişaşlar zamanı yaralanan 26 yaşlı kişi ölüb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, o Londonda ötən şənbə başlayan və İngiltərənin digər şəhərlərinə yayılan zorakılıq və oğurluq dalğasının ilk qurbanı olub.
Avqustun 8-də Londonun cənubunda törədilən iğtişaşlarla bağlı həbs edilmiş 28 nəfər yanğın və dağıntılarda ittiham olunur.
Şənbə günündən bəri Londonda iğtişaşlarla bağlı 500-dən artıq adam həbs olunub.
Çərşənbə axşamı gündüz Londonun cənubundakı Uimbldon ərazisində iğtişaşlar başlayıb və mağazalar yarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR