Bank Of Baku

İğtişaşlar İngiltərənin şəhərlərinə yayılıb

İğtişaşlar İngiltərənin şəhərlərinə yayılıb
# 10 avqust 2011 02:41 (UTC +04:00)
Bakı-APA. Artıq üç gecədir ki, davam edən iğtişaşlar İngiltərənin digər şəhərlərinə də yayılıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Birmingem, Mancester, Liverpul, Nottingem, Bristol və digər şəhərlərdə iğtişaşlar baş verib.
Londonda asayişi qorumaq üçün 16 min polis əməkdaşı şəhərin küçələrinə çıxıb.
Baş Nazir Devid Kameron hadisələri müzakirə etmək üçün yay tətilindən yarımçıq dönüb.
İğtişaşlar Tottenhamda ötən həftə gənc oğlanın polis tərəfindən öldürülməsindən sonra şənbə günü qızışıb.
Son üç gün ərzində Londonda cinayət törədən 400 adam həbs olunub. 69 adam müxtəlif cinayətlərə görə müqəssir bilinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR