Bank Of Baku

ABŞ Dövlət Departamenti Yuliya Timoşenkonun dərhal azad edilməsinə çağırıb

ABŞ Dövlət Departamenti Yuliya Timoşenkonun dərhal azad edilməsinə çağırıb
# 10 avqust 2011 03:42 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət Departamenti Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsinin siyasi motivlərə əsaslandığını bildirərək, onun dərhal azad edilməsinə çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Departamentin nümayəndəsi bildirib ki, rəsmi Kiyev Ukraynada qanunun aliliyinə dair narahatlıqların artdığı bir vaxt Timoşenkonun işini nəzərdən keçirməlidir. Timoşenko vəzifədə ikən törədilən cinayətlərlə bağlı istintaq altında olan 400 nəfərdən biridir.
Xatırladaq ki, Timoşenko ötən cümə günündən bəri Kiyevin Lukyanovskoe istintaq təcridxanasında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR