Bank Of Baku

Varşavanın mərkəzində silahlı insident baş verib

Varşavanın mərkəzində silahlı insident baş verib
# 10 avqust 2011 16:43 (UTC +04:00)
Bakı – APA. Polşanın paytaxtı Varşava şəhərinin mərkəzində baş vermiş atışma zamanı bir nəfər yaralanıb. APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Bakı vaxtı ilə 18:00 radələrində Həmrəylik Xiyabanında baş verib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları cinayətkarların aşkarlanması üçün helikopterdən də istifadə edir.

Qeyd edək ki, silahlı insident nəticəsində yaralanan 1 nəfər kişi artıq xəstəxanaya yerləşdirilib. Polis onun Polşa vətəndaşı olmadığını bildirir. Qeyri-rəsmi mənbələrə görə, yaralının erməni olduğu ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR