Bank Of Baku

Devid Kameron: “London küçələrində qorxu mədəniyyətinin bərqərar olmasına icazə verməyəcəyik”

Devid Kameron: “London küçələrində qorxu mədəniyyətinin bərqərar olmasına icazə verməyəcəyik”
# 11 avqust 2011 10:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Böyük Britaniyanın baş naziri Devid Kameron polisin iğtişaşçılara qarşı rezin güllələr və təzyiqli sudan istifadəsinə icazə verib. APA-nın məlumatına görə, baş nazir çıxışında bildirib ki, London küçələrində qorxu mədəniyyətinin bərqərar olmasına icazə vermək niyyətində deyil.

Qeyd edək ki, Londonda başlayan və Mançester, Birmingem, Salford, Liverpul, Nottingem, Leycester ve Volverhampton şəhərlərinə yayılan iğtişaşlarda 3 nəfər müsəlman həyatını itirib. İğtişaşlara Londonun Tottenhem bölgəsində ötən həftə sonu Mark Duqqan adlı cinayətkar dəstə rəhbərinin polis tərəfindən öldürülməsi səbəb olub.

Polisin həyata keçirdiyi tədbirlər nəticəsində Mançesterdə 100-dən çox, Liverpulda 50 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR