Bank Of Baku

Britaniya parlamenti iğtişaşlarla bağlı növbədənkənar iclas keçirib

Britaniya parlamenti iğtişaşlarla bağlı növbədənkənar iclas keçirib
# 12 avqust 2011 01:26 (UTC +04:00)
Bakı-APA. Britaniya parlamenti ölkədə son günlər ərzində baş vermiş iğtişaşlarla bağlı növbədənkənar iclası keçirib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Devid Kameronun iğtişaşların qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə parlament üzvlərinə məlumat verib. O təklif edib ki, iğtişaşlarda iştirak edən insanlar bələdiyyə mənzillərindən çıxarılsın və onların başqa sosial imtiyazları ləğv edilsin.
Britaniya mətbuatı bildirib ki görə, ötən gecə iğtişaşların nəzərə çarpan dərəcədə səngiməsinə soyuq yağışlı hava və irimiqyaslı polis əməliyyatının keçirilməsi səbəb olub.

Ümumilikdə iğtişaşlarda iştiraka görə həbs olunanların sayı 1000 nəfəri keçib. Onlardan 279 nəfərə qarşı artıq rəsmi ittiham irəli sürülüb. Toqquşmalarda 111 polisin xəsarət aldığı da bildirilir.

Birmingemdə mülklərini qoruduqları zaman 3 kişini maşın vurub və onlar ölüblər.
Britaniya parlamentinin növbədənkənar iclasından əvvəl Baş nazir Devid Kameron hökumətin fövqəladə iclasını keçirib.
Baş nazirin birinci müavini Nik Kleqq (Nick Clegg), küçələrdə təhlükəsizliyin təmin edilməsini, hökumətin qarşısında duran əsas məsələ kimi səciyyələndirib.
O deyib ki, polisin başladığı iş sona çatdırılmalıdır, günahkarlar mühakimə edilib cəzalandırılmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR