Bank Of Baku

MDB ölkələri 2030-cu ilədək ümumi dəyəri 110 milyard ABŞ dolları təşkil edən 1080 təyyarə alacaq

MDB ölkələri 2030-cu ilədək ümumi dəyəri 110 milyard ABŞ dolları təşkil edən 1080 təyyarə alacaq
# 15 avqust 2011 12:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. MDB ölkələrinin aviaşirkətləri tərəfindən 2011-2030-cu illərdə hazırkı qiymətlərlə ümumi dəyəri 110 milyard ABŞ dolları təşkil edən 1080 təyyarənin alınacağı proqnozlaşdırılır. APA-nın məlumatına görə, bu barədə «Boeing Mülki Təyyarələr» şirkətinin vitse-prezidenti Rendi Tinset bildirib.

«Boeing»in bazarda apardığı araşdırmalara görə, 20 il sonra MDB məkanında hava gəmilərinin ümumi sayı 2 mini ötəcək.

R. Tinsetin sözlərinə görə, hazırda MDB ölkələrində müxtəlif modifikasiyalı 250 "Boing" avialayneri uçur. Son 10 il ərzində MDB aviaşirkətlərinin parkında «Boeing»in payı 3%-dən 30%-ə qədər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR