Bank Of Baku

Türkiyənin qərbində keçirilən təlim zamanı on beş əsgər xəsarət alıb

Türkiyənin qərbində keçirilən təlim zamanı on beş əsgər xəsarət alıb
# 16 avqust 2011 02:25 (UTC +04:00)
Bakı-APA. Türkiyənin qərbində minaatandan təlim zamanı on beş əsgər xəsarət alıb.
APA-nın DHA agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə İzmir vilayətinin Foça şəhərindəki xüsusi təyinatlı jandarm dəstəsinin təlim mərkəzində baş verib.
Buraxılan minalardan biri təlimi müşayiət edən bir qrup hərbiçinin yaxınlığına düşüb və partlayıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti sabitdir.
Türk ordusunun komandanlığı rəsmən bu məlumatı təsdiqləməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR