Bank Of Baku

Hakkaridə törədilən terror akt nəticəsində yaralanan hərbçilərin sayı 11 nəfərə çatıb

Hakkaridə törədilən terror akt nəticəsində yaralanan hərbçilərin sayı 11 nəfərə çatıb
# 17 avqust 2011 14:46 (UTC +04:00)
Bakı-APA. Hakkaridə hərbi maşın karvanının PKK terrorçuları tərəfindən yola basdırılmış minaya düşməsi nəticəsində ölən və yaralananların sayı ilə bağlı rəsmi rəqəm açıqlanıb. APA-nın məlumatına görə, Hakkari Valiliyinin yaydığı rəsmi açıqlamada partlayış və partlayışdan sonra baş verən atışma nəticəsində 7 əsgərin şəhid olduğu, 11 hərbçinin isə yaralandığı bildirilir. Yaralılar vertolyotla Hakkari hərbi hospitalına gətirilib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata əsasən, hərbi maşın karvanı keçən zaman PKK terrorçuları eyni vaxtda dörd minanı uzaqdan idarə etmək yolu ilə işə salıblar. Hazırda bölgədə PKK terrorçularına qarşı geniş miqyaslı hərbi əməliyyat başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR