Bank Of Baku

Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb

Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb
# 18 avqust 2011 14:30 (UTC +04:00)
Toplantıda terrorçuluğa qarşı mübarizə və Suriyadakı son vəziyyət müzakirə olunacaq

Bakı. Rəşad Süleymanov-APA. Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) toplantısı başlayıb. APA-nın məlumatına görə, prezident Abdullah Gülün rəhbərliyi ilə keçirilən toplantıya baş nazir, Silahlı Qüvvələrin rəhbərliyi, Şuraya üzv nazirlərlə yanaşı Türkiyənin Suriyadakı səfiri Ömər Önhon da qatılıb.

Milli Təhlükəsizlik Şurasının gündəliyinə Hakkari-Çukurca bölgəsində hərbçilərə terror hücumları, Türkiyənin Kandil dağında başladığı əməliyyat, əməliyyatlardakı ən son vəziyyət müzakirə olunacaq. Toplantıda Suriyadakı vəziyyət də müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR