Bank Of Baku

Türkiyə Milli Təhlükəsizlik Şurası: «Terrora qarşı daha təsirli mübarizə strategiyası həyata keçiriləcək»- YENİLƏNİB

Türkiyə Milli Təhlükəsizlik Şurası: «Terrora qarşı daha təsirli mübarizə strategiyası həyata keçiriləcək»- <font color=red>YENİLƏNİB</font>
# 18 avqust 2011 18:29 (UTC +04:00)
Bakı-APA. Türkiyə prezidenti Abdullah Gülün sədrliyində toplanan Milli Təhlükəsizlik Şurası toplantısı sona çatıb. Çankaya Köşkündə keçirilən toplantı 4,5 saat sürüb.

Toplantıdan sonra yazılı açıqlama verilib.

Milli Təhlükəsizlik Şurası toplantısının ardından yayımlanan məlumatda, terror təşkilatının mənfur aksiyalarına, bugünədək olduğu kimi bundan sonra da ən sərt şəkildə cavab veriləcəyi vurğulanıb. "Daha təsirli və əzmli şəkildə sürdürüləcək terrorla mübarizənin demokratiyadan və hüquq dövləti anlayışından heç cür kənara çıxmadan davam etdiriləcəyi, həyatın normal axarını çətinləşdirəcək heç bir prosesə izn verilməyəcəyi, dövlətin bütün qurum və təşkilatlarının səyləri və koordinasiyası ilə daha təsirli mübarizə strategiyasının həyata keçiriləcəyi ifadə edilib", deyə açıqlamada bildirilir.

Açıqlamada, Suriyada 5 aydır davam edən hadisələrdə insan ölümü sayının artmasından duyulan dərin narahatlıq dilə gətirilib: "Toplantıda mülki vətəndaşlara qarşı şiddət və güc tətbiqinin dərhal dayandırılması, dost və qardaş Suriya xalqının haqlı tələblərinə uyğun demokratik bir siyasi dəyişiklik və dəyişikliyin bilinən bir müddət ərzində həyata keçirilməsi və bu prosesdə ifadə azadlığı, siyasi partiya qurulması və azadlıqların zəmanət altına alınması kimi məsələlərə diqqət yetirilməsinin lazım olduğu bir daha vurğulanıb".

Toplantıya ordu generalı Necdet Özel Baş qərargah rəisi olaraq ilk dəfə qatılırkən, baş nazirin müavini Bəkir Bozdağ, daxili işlər naziri İdris Naim Şahin və milli müdafiə naziri İsmet Yılmazla birgə Qurə qoşunları komandanı ordu generalı Hayri Kıvrıkoğlu, Dəniz qoşunları komandanı admiral Murat Bilgel, Hava qoşunları komandanı general-polkovnik Mehmet Erten və Jandarma baş komandanı ordu generalı Bekir Kalyoncu da ilk dəfə iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR