Bank Of Baku

Türkiyənin döyüş təyyarələri PKK terror təşkilatına məxsus 88 hədəfi məhv edib

Türkiyənin döyüş təyyarələri PKK terror təşkilatına məxsus 88 hədəfi məhv edib
# 20 avqust 2011 08:48 (UTC +04:00)
Bakı-APA. Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının dağlardakı bazalarına havadan zərbələri davam etdirir. APA-nın məlumatına görə, hərbi aviasiya iki gündə 88 hədəfi dəqiq raket zərbələri ilə məhv ediblər. Əməliyyatın ilk günü 60, dünən isə 28 hədəf “F-16” təyyarələri tərəfindən sıradan çıxarılıb. PKK bazaları lazerlə idarə olunan MK-82 və MK-84 raketləri ilə vurulur. Bombardmanlar zamanı PKK-ya məxsus komandanlıq mərkəzi, silah anbarları, nəqliyyat bazaları kimi strateji nöqtələr hədəfə götürülür. Döyüş təyyarələri terror təşkilatının liderləri Murad Karailan, Cəmil Bayık, Duran Kalkan və digərlərinin gizləndiyi güman edilən düşərgələri bombardman edirlər. Bundan başqa PKK bazalarına uzaqvuran artilleriya silahlarından zərbələr endirilir. Dünəndən etibarən Türkiyə İraqla sərhəd bölgəyə əlavə hərbi birləşmələr toplamağa başlayıb. Hərbi mənbələr hələlik PKK-ya qarşı yerüstü əməliyyat planlaşdırılmadığını, lakin belə bir əməliyyata ehtiyac olarsa, hazırlıq işlərinin 10 gün ərzində başa çatacağını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR