Bank Of Baku

ABŞ, Polşa, Kanada və Rusiyada baş verən təyyarə qəzalarında 20 nəfər ölüb, 6 nəfər xəsarət alıb

ABŞ, Polşa, Kanada və Rusiyada baş verən təyyarə qəzalarında 20 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 22 avqust 2011 15:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. ABŞ, Polşa, Kanada və Rusiyada təyyarə qəzaları baş verib. APA-nın məlumatına görə, avqustun 20-də ABŞ-ın Missuri ştatında keçirilən aviaşou zamanı təyyarənin yerə çırpılması nəticəsində pilot ölüb. İlkin ehtimala görə, qəzaya pilotun idarəetməni itirməsi səbəb olub.
Avqustun 21-də Polşanın cənubunda yerləşən Malopolskoye voevodalığında iki aviaqəza baş verib. Göyərtəsində 4 nəfərin olduğu yüngül mühərrikli təyyarə Krakov şəhərində yaşayış evinin damına çırpılıb. Baş vermiş qəza nəticəsində təyyarədə olan şəxslər ölüb. Tikilinin alışmasına baxmayaraq, xəsarət alan olmayıb.
Digər hadisə isə Novı-Sonç şəhəri yaxınlığında eniş zamanı baş verib. Göyərtəsində 2 nəfərin olduğu təyyarə yerə çırpılıb. Qəzadan sağ çıxan olmayıb.
Həmin gün Kanadanın şimalında da aviaqəza baş verib. Ölkənin "First Air" aviaşirkətinə məxsus "Boeing 737" markalı təyyarə Nunavut ərazisində yerə çırpılıb. Nəticədə, təyyarənin göyərtəsində olan 15 nəfərdən 12-si ölüb.
Bu gün Bakı vaxtı ilə saat 12:30-da Rusiyayanın Tuva Respublikasında aviaqəza baş verib. "AN-2" markalı təyyarə Todjin rayonu ərazisində qəza enişi edərkən yerə çırpılıb. İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərin dəqiq sayı barədə məlumat verilmir. Pis hava şəraiti xilasedicilərin hadisə yerində müvafiq işlər görməsinə maneə törədir. Hadisə ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR