Bank Of Baku

Fransa da Liviya üzrə Əlaqələndirmə qrupunun iclasını keçirmək istəyir

Fransa da Liviya üzrə Əlaqələndirmə qrupunun iclasını keçirmək istəyir
# 22 avqust 2011 23:57 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikolya Sarkozi yaxın vaxtlarda Liviyaya səfər edəcək. Bu barədə Fransanın xarici işlər naziri Alen Jüppe məlumat verib.

«Səfər yaxın günlərdə olmayacaq, lakin yaxın vaxtlarda həyata keçiriləcək. Nikolya Sarkozi əvvəlcədən məlumat verildiyi kimi Benqazi və Liviyanın digər yerlərində olacaq», deyə nazir bildirib.

Nazir həmçinin ölkəsinin Liviya lideri Müəmmər Qəddafinin fiziki cəhətdən məhv edilməsinə tərəfdar olmadığını bildirib.

Jüppenin sözlərinə görə, Liviya üzrə Əlaqələndirmə qrupunun iclası Fransada keçirilə bilər: «Fransanın bu təklifini tərəfdaşlarımız çox yaxşı qarşıladılar. Bu konfrans Parisdə prezident Nikolya Sarkozi və Böyük Britaniya baş naziri Devid Kemeronun birgə sədrliyi ilə keçirilə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR