Bank Of Baku

Liviyanın Yunanıstandakı səfirliyinə hücum olub

Liviyanın Yunanıstandakı səfirliyinə hücum olub
# 23 avqust 2011 02:09 (UTC +04:00)
Bakı-APA. Müxalifət qüvvələrinin paytaxt Tripoliyə nəzarəti ələ aldığı barədə xəbərlərdən sonra Yunanıstanın paytaxtı Afinada bir qrup liviyalı mühacir Liviyanın bu ölkədəki səfirliyinin binasına hücum edib. APA-nın Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi əleyhinə şüarlar səsləndirən onlarla nəfərlik qrup Liviya bayrağını endirərək, Milli Keçid Şurasının bayrağını qaldırıb, Qəddafinin və ona yaxın dairələrin sərt cəzalandırılmasını tələb ediblər. Qrup həmçinin Qəddafinin müəllifi olduğu “yaşıl kitab”ın çox sayda nüsxəsini də məhv ediblər. Hücum zamanı Liviyanın Yunanıstandakı səfirinin binada olmadığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR