Bank Of Baku

İspaniya BMT-ni Liviyaya dair yeni qətnamə qəbul etməyə çağırıb

İspaniya BMT-ni Liviyaya dair yeni qətnamə qəbul etməyə çağırıb
# 23 avqust 2011 01:27 (UTC +04:00)
Bakı-APA. İspaniya hökuməti mümkün qədər tez BMT-nin Liviyaya dair «Qəddafi rejiminin yıxılmasından sonra yeni eranın başlanmasını bildirəcək» yeni qətnaməsini qəbul etməyə çağırıb. Bu barədə Reuters İspaniya xarici işlər və müdafiə nazirləri Trinidad Ximenes və Sarme Çakonun birgə bəyanatına istinadən məlumat verir.

«Madrid yeni hökumətin nümayəndələrinin iştirakı ilə Liviya üzrə Əlaqələndirmə qrupunun görüşünü dəstəkləyir və onların vacib prioritetləri və yaxın planlarını öyrənmək niyyətindədir», deyə bəyanatda bildirilir.

Liviya üzrə Əlaqələndirmə qrupunun iclası avqustun 25-də İstanbulda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR