Bank Of Baku

Türk ordusu 100-ə yaxın PKK terrorçusunu məhv edib

Türk ordusu 100-ə yaxın PKK terrorçusunu məhv edib
# 23 avqust 2011 09:50 (UTC +04:00)
Bakı – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bir müddətdir İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, Baş Qərargah 17-22 avqust tarixlərində havadan hərbi təyyarələrlə İraqın şimalında 132 hədəfə, qurudan uzaqvuran toplarla isə 349 hədəfə zərbələr endirildiyini açıqlayıb. Bombardmanlar nəticəsində 90-100 terrorçunun məhv edildiyi müəyyənləşib. Yaralı terrorçuların sayı 80-dən çoxdur.

PKK-ya məxsus çoxlu sayda mağara, sığınacaq, bina-tikili, cəbbəxana, nəzarət məntəqələri də dağıdılıb. Baş Qərargah hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR