Bank Of Baku

Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunelin tikintisinə başlanılacaq

Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunelin tikintisinə başlanılacaq
# 23 avqust 2011 13:01 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunelin tikintisinə başlanılacaq. APA-nın məlumatına görə, Berinq boğazının dibindən keçərək ABŞ-ı Rusiya ilə birləşdirəcək tunelin inşasına Rusiya tərəfindən dəstək verilib. Nyu-Yorkdan başlayıb Asiya və Avropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək.

Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-ın Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır.

Qeyd edək ki, bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib.

Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək bu layihə Şanxayda keçirilən World Expo 2010 Mədəniyyət Forumunda “Grand Prix” mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR