Bank Of Baku

Britaniya hökuməti bir ay müddətinə Londonda kütləvi nümayişlərin keçirilməsini qadağan edib

Britaniya hökuməti bir ay müddətinə Londonda kütləvi nümayişlərin keçirilməsini qadağan edib
# 27 avqust 2011 02:49 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya hökuməti bir ay müddətinə Londonun bir sıra rayonlarında kütləvi nümayişlərin keçirilməsini qadağan edib. Bu barədə Skotland-Yardın məlumatında bildirilir.

«Paytaxt polisi daxili işlər nazirindən Londonun bir sıra rayonlarında sentyabrın 2-dən başlayaraq 30 gün ərzində etiraz aksiyalarını qadağan etmək barədə icazə alıb», deyə məlumatda bildirilir.

Qadağan Taugr Hemlets, Nyuhegm, Uolthem Forest, İslinqton və Hakni rayonlarına aiddir. Avqust ayında mühacir gənclərlə polis arasında baş vermiş qarşıdurmalar əsasən bu rayonlarda cərəyan etmişdi.

Britaniyanın ultrasağ təşkilatı olan «İngilis müdafiə liqası» isə yaxın günlərdə bu rayonlarda kütləvi aksiyalar keçirmək istədiyini bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR