Bank Of Baku

“Iren” qasırğası bir milyon amerikalını elektrik enerjisiz qoyub

“Iren” qasırğası bir milyon amerikalını elektrik enerjisiz qoyub
# 27 avqust 2011 22:29 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın şərq sahillərinə çatan “Iren” qasırğası Şimali Karolina, Virciniya, Merilend ştatlarında və Kolumbiya dairəsində bir milyon insanı elektrik enerjisiz qoyub.
APA-nın verdiyi xəbərə görə, təbii fəlakətdən ilk zərbə Şimali Karolinaya dəyib. Orada elektrik məftillərinin qırılması səbəbindən on minlərlə evin elektrik enerjisi təminatı dayanıb.

Şimali Karolina və Virciniya ştatlarında 4 nəfər qasırğanın qurbanı olub. Sahilyanı ərazilərdə daşqınlar baş verib, küçələr su altında qalıb.
Hal-hazırda qasırğa Norfolk şəhərinə yaxınlaşır. Bu şəhərdə ABŞ-ın ən iri hərbi bazası yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR