Bank Of Baku

Parisdə Liviyanın gələcəyi ilə bağlı konfrans keçirilib

Parisdə Liviyanın gələcəyi ilə bağlı konfrans keçirilib
# 01 sentyabr 2011 23:37 (UTC +04:00)
Bakı-APA. Parisdə Liviyanın problemlərinə həsr olunun 60 ölkənin dövlət başçılarının iştirakı ilə konfrans keçirilib.
APA-nın verdiyi xəbərə görə, Liviyanı Milli Keçid Şurası təmsil edib.
Görüşdən sonra Böyük Britaniyanın baş naziri Devid Kameron və Fransa prezidenti Nikolya Sarkozi bildiriblər ki, Liviyada NATO-nun hərbi əməliyyatları polkovnik Qəddafi üzərində tam qələbə çalana qədər davam edəcək. Onlar bəyan ediblər ki, Qəddafi həbs olunmalıdır və Liviya məhkəməsi qarşısında cavab verməlidir.
Konfrans iştirakçıları Liviyanın Qəddafi rejiminin dondurulmuş maliyyə ehtiyatlarını hazırkı hakimiyyət orqanlarına verilməsi barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR