Bank Of Baku

Türkiyə İsrail səfirini “persona non-qrata” elan edib və bu ölkə ilə bağladığı bütün hərbi razılaşmaların icrasını dayandırıb - YENİLƏNİB

Türkiyə İsrail səfirini “persona non-qrata” elan edib və bu ölkə ilə bağladığı bütün hərbi razılaşmaların icrasını dayandırıb - <font color=red>YENİLƏNİB</font>
# 02 sentyabr 2011 12:29 (UTC +04:00)
Bakı – APA. Türkiyə-İsrail münasibətlərində növbəti gərginlik yaranıb. APA-nın xəbərinə görə, İsrailin Qəzzaya yardım daşıyan “Mavi Mərmərə” gəmisinə hücumu ilə bağlı BMT çərçivəsində aparılan araşdırma başa çatıb. Araşdırmanın nəticələri hələ rəsmən açıqlanmasa da, ABŞ mətbuatında dərc edilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün araşdırmanın nəticələri ilə bağlı sərt açıqlama verib və Türkiyə hökumətinin qəbul etdiyi yeni qərarları elan edib. Ə. Davudoğlu Türkiyə ilə İsrail arasında hərbi sahədəki bütün anlaşmaların icrasının təxirə salındığını və İsraillə diplomatik əlaqələrin səviyyəsini 2-ci dərəcəyə endirdiklərini bildirib.

Nazir İsrailin “Mavi Mərmərə” gəmisinə beynəlxalq sularda hücum etdiyini, bu hücum nəticəsində Qəzzadakı məsum insanlara yardım aparan mülki şəxslərin qətlə yetirildiyini söyləyib: “Müharibə dövründə belə dinc insanlara zərər vermək qadağandır və bu, bəşəriyyətə qarşı cinayət sayılır. İsrail müharibə dövründə deyil, sülh dövründə mülki şəxsləri öldürüb və cəzasını almalıdır. Türkiyə bu cinayətin cəzasız qalmamasını tələb etmişdi. Biz İsraillə 4 dəfə danışıqlar apardıq, amma təəssüf ki, onlar öz aralarında razılığa gələ bilmədilər. Dünən mətbuata sızdırılan BMT raportunda İsrail əsgərlərinin və digər səlahiyyətli şəxslərin törətdiyi cinayət əks olunub. İsrailin bunun cəzasını çəkməsinin vaxtı çatıb. Bu cəza da İsrailin Türkiyənin dostluğundan məhrum edilməsidir”.

Ə. Davudoğlu İsraillə münasibətlərə dair aşağıdakı qərarları qəbul etdiklərini açıqlayıb:

1. Türkiyə-İsrail diplomatik münasibətləri ikinci dərəcəyə endiriləcək. Səfir başda olmaqla 2-ci katib vəzifəsindən yüksək vəzifələrdə çalışan bütün İsrail diplomatları çərşənbə gününə qədər Türkiyəni tərk edəcək.

2. İsraillə bütün hərbi anlaşmaların icrası dayandırılıb.

3. Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq Türkiyə Şərqi Aralıq dənizində hərəkət sərbəstliyi ilə bağlı vacib saydığı hər cür addımı atacaq.

4. Türkiyə Qəzzaya İsrail tərəfindən tətbiq olunan embarqonu tanımır. İsrail blokadanı ləğv etməlidir. Türkiyə bu məsələni beynəlxalq səviyyədə qaldırmaqda qərarlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR