Bank Of Baku

Danimarkada parlament seçkilərində müxalifət qalib gəlib

Danimarkada parlament seçkilərində müxalifət qalib gəlib
# 16 sentyabr 2011 00:56 (UTC +04:00)
Bakı-APA. Danimarka sol və mərkəzçi partiyalarının koalisiyası erkən parlament seçkilərində qalib gəlib. İlkin hesablamalara görə sol-mərkəzçilər yeni parlamentdə 89 yerə sahib olacaqlar.

Liberal, Mühafizəkar, Danimarka Xalq partiyalarından və Liberal alyansdan ibarət sağ-mərkəzçi koalisiya 10 illik hakimiyyətdən sonra cəmi 86 yer alaraq müxalifətə keçir.

Baş nazir Lars Lekke Rasmussen məğlubiyyətini etiraf edib və sol-mərkəzçi koalisiyanın lideri Xelle Torninq-Şmitti təbrik edib.

Beləliklə, Danimarkanın yeni hökumətini 44 yaşlı Xelle Torninq-Şmitt formalaşdıracaq. Torninq-Şmitt ölkənin tarixində ilk qadın baş nazir olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR