Bank Of Baku

Daha bir ölkədə çadra qadağan edilib

Daha bir ölkədə çadra qadağan edilib
# 17 sentyabr 2011 08:36 (UTC +04:00)
APA-nın məlumatına görə, Hollandiya hökuməti çadra geyinməyin holland mədəniyyəti və ənənələrinə zidd olduğunu əsas gətirərək belə bir qərar verdiyini açıqlayıb.

“Hökumət hesab edir ki, sifəti tam, yaxud qismət örtən geyimi daşımaq ölkədə ictimai münasibətlərin xarakterinə uyğun deyil”, - deyə hökumətin açıqlamasında bildirilir.

Holland hökuməti hesab edir ki, çadranın qadağan edilməsi dini etiqad azadlığını məhdudlaşdırmır: “Bu addım zəruri və əsaslıdır, həmçinin Niderlandda həyat tərzini müdafiə edir”.

Qeyd edək ki, bundan əvvəl Fransa və Belçikada da çadra qadağan edilib.

Sentyabrın 16-da isə Fransada küçədə ibadəti qadağan edən qanun qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR