Bank Of Baku

Yunanıstanda dövlət qulluqçuları və təqaüdlər azaldılır

Yunanıstanda dövlət qulluqçuları və təqaüdlər azaldılır
# 21 sentyabr 2011 22:58 (UTC +04:00)
Bakı-APA. Yunanıstan hökuməti beynəlxalq kreditorların dövlət büdcəsi kəsirini azaltmaq barədə təkliflərinə uyğun olaraq dövlət məmurlarının sayının və təqaüdlərin azaldılması barədə tədbirlər paketini qəbul edib.

Kabinetin altı saat yarım çəkən iclasından sonra hökumət nümayəndəsi İlias Mosialos bu ilin sonunadək Əmək ehtiyatları təşkilatına keçiriləcək dövlət qulluqçularının sayının 30 minə çatacağını bildirib. Daha öncə bu rəqəmin 20 min olacağı gözlənilirdi.

Həmçinin ayda 1,2 min avrodan çox təqaüd alanların təqaüdləri azaldılacaq. Həmçinin erkən təqaüdə çıxmış şəxslərin də təqaüdlərinin azaldılması nəzərdə tutulur.

Mosialosun sözlərinə görə, bu tədbirlər 2014-cü ilədək Yunanıstan iqtisadiyyatının dəstəklənməsi proqramının həyata keçməsinə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR