Bank Of Baku

Avropa İttifaqının Enerji Birliyi Sazişi “Şərq tərəfdaşlığı” ölkələrini də əhatə edəcək

Avropa İttifaqının Enerji Birliyi Sazişi “Şərq tərəfdaşlığı” ölkələrini də əhatə edəcək
# 22 sentyabr 2011 15:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının enerji komissarı Günter Ottinqer və birliyin genişlənmə üzrə komissarı Ştefan Fülenin birgə məqaləsində deyilir.

“Sözlərdən reallığa doğru: Aİ qonşuları ilə enerji sahəsində əməkdaşlıq” adlı yazıda daha sonra bildirilir: “Avropa İttifaqı enerji sahəsində öz qonşularından çox asılıdır. Biz qazın 60%-dən çox hissəsini əsas etibarilə qonşuluqda olan ölkələrdən idxal edirik. Növbəti onilliklərdə idxaldan asılılıq artdıqca, Aİ-nin enerjinin təchizatı və tranzitində qonşularımızın mühüm rolu daha da artacaq. Öz daxili qaydalarımıza riayət etdiyimiz kimi, sərhədlərimizdən kənarda ətraf mühitin qorunması, təhlükəsizlik və davamlı inkişaf kimi məsələlərə də eyni dərəcədə riayət edirik. Ekoloji və ya maliyyə baxımından qeyri-səmərəli enerji sistemləri Avropa İttifaqına birbaşa təsir göstərir. Biz bu qarşılıqlı asılılığı qəbul edir, buna Aİ və onun qonşularının vaxt itirmədən inkişaf etdirməli olduqları tərəfdaşlıq və əməkdaşlığın hərtərəfli quruluşu baxımından prinsip kimi baxırıq. Bu səbəbdən də Avropa Komissiyası ilk addım olaraq enerji sahəsində Aİ-nın xarici əlaqələri üçün strategiya təklif edib. Bu sahədə öz daxili birliyimizi və əlaqələndirməni yaxşılaşdırmaqla yanaşı, əsas prioritet kimi strategiyada Aİ-nın şərqində və cənubundakı ölkələrlə sabit və uzun tərəfdaşlıqlar müəyyən edilir. Uyğun qaydalar toplusu əsasında Aİ ilə qonşuluqda olan daha çox ölkəni əhatə edən inteqrə edilmiş enerji bazarı qurmaq, eyni zamanda qonşularımızın səciyyəvi ehtiyac və prioritetlərinə hörmətlə yanaşmaq bizim məqsədimizdir. Bizim enerji infrastrukturu şəbəkəsi ilə qonşu ölkələrin şəbəkəsi arasındakı əlaqələri genişləndirmək və diversifikasiya etmək məsələsi də buraya daxildir. Qonşularımıza təklifimiz çoxdur. Təxminən 500 milyon istehlakçısı olan daxili bazar, enerji texnologiyası sahəsində dünyanın aparıcı sənayesi, bərpa olunan enerji sahəsində qabaqcıl tədqiqat, sabit, şəffaf və hüquqi baxımdan məcburi enerji siyasəti bazası. Bu, o deməkdir ki, tərəfdaşlarımız da eynən bizim kimi Aİ ilə əməkdaşlıqdan faydalanacaqlar. Aydındır ki, bizim əməkdaşlıq hər konkret tərəfdaşın reallıqlarını əks etdirməli, geniş çeşidli mövzuları ünvanlamalıdır – tənzimləmə sahəsində əməkdaşlıqdan tutmuş bazarın şəffaflığınadək, karbohidrogen resurslarından tutmuş enerjidən səmərəli istifadəyədək, davamlı enerjidən tutmuş tədqiqat və innovasiya məsələlərinədək. Başqa sözlə desək, bu həftə edəcəyimiz təklif müstəsna olaraq enerji təchizatına yönələn əlaqələrdən uzaqlaşmaq, bunun əvəzinə hərtərəfli və qarşı tərəflər üçün faydalı olan tərəfdaşlıqlar qurmaqdır. Artıq qarşılıqlı şəkildə əlaqədar olan fəaliyyət göstərdiyimiz enerji reallığında biz yalnız bu yolla davam edə bilərik. Aİ və onun qonşularının daxil olduğu regionun daha davamlı və təhlükəsiz enerji gələcəyinə doğru hərəkət etməsi üçün bu, yeganə yoldur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR