Bank Of Baku

Fransa gələn ay Əfqanıstandan 200 nəfər əsgərini çıxarmağı planlaşdırır

Fransa gələn ay Əfqanıstandan 200 nəfər əsgərini çıxarmağı planlaşdırır
# 23 sentyabr 2011 01:20 (UTC +04:00)
Bakı-APA. Fransa gələn ay Əfqanıstandan 200 nəfərlik əsgəri qüvvəsini çıxarmağı planlaşdırır.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Fransanın ordusunun nümayəndəsi Parisdə jurnalistlərə bildirib ki, əsgərlər Əfqanıstanı oktyabr ayının sonunda tərk edəcək. Prezident Nikola Sarkozi 2012-ci ilədək Əfqanıstandakı Fransa qüvvələrinin 1000 əsgərinin ölkədən çıxarılacağını bəyan edib. 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin əksəriyyəti Əfqanıstanı tərk etməlidir. Fransanın 2001-ci ildən Əfqanıstanda 75 əsgəri həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR