Bank Of Baku

Gürcüstan parlamentində dava düşüb

Gürcüstan parlamentində dava düşüb
# 27 sentyabr 2011 11:52 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində prezident Mixail Saakaşvilini ittiham edən müxalifətçi deputat Petre Mamradze sözünü bitirməmiş Təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi komitəsinin sədri Akaki Boboxidzedən yumruq zərbəsi alıb.

Zalda səs-küy yaranıb, iqtidar deputatları Mamradzeni Moskvanın sifarişini yerinə yetirməkdə ittiham ediblər. Dalaşan deputatları ayırıblar. Bir neçə dəqiqə sonra parlamentin sədri David Bakradze çıxışını tamamlaması üçün P. Mamradzeyə söz verib. Daha sonra söz alan A. Boboxidze öz hərəkətinə görə üzr istəsə də, bu üzrü Mamradzeyə deyil, cəmiyyətə ünvanladığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR