Bank Of Baku

“WikiLeaks” ermənilərin Gürcüstanın Cavaxetiya bölgəsində separatçı əməllərinə ABŞ-ın haqq qazandırdığını açıqlayıb

“WikiLeaks” ermənilərin Gürcüstanın Cavaxetiya bölgəsində separatçı əməllərinə ABŞ-ın haqq qazandırdığını açıqlayıb
# 28 sentyabr 2011 14:17 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç Vaşinqtona göndərdiyi depeşada Gürcüstanın bu ölkədəki səfiri Georgi Tabatadzenin fikirlərinə yer verib. Tabatadze ABŞ səfiri ilə görüşdə ölkəsinin Ermənistanla sərhədi bağlaya biləcəyinə işarə vurub: “Tabatadze öz fikrini ermənilərin sərhədlərin müəyyənləşməsi məsələsində çox yüksək tələblər qoyması, sərhədləri heç bir əvəz olmadan daha böyük ərazilər əldə etmək üçün dəyişdirmək istəməsi ilə əsaslandırıb. Səfir amerikalı həmkarına deyib ki, biz o kilsələri istəmirik, hamı bilir ki, onlar erməni kilsəsidir”. ABŞ səfiri hesab edir ki, Gürcüstan müvafiq siyasi dividentlər əldə etmək üçün erməni kilsələrini öz əlində saxlamaq niyyətindədir.

Amerikalı diplomatların Gürcüstan-Ermənistan münasibətlərinə dair yazışmaları göstərir ki, onlar Ermənistanın Gürcüstana qarşı iddialarını, əsasən də Cavaxetiya məsələsi ilə bağlı tələblərini haqlı sayırlar. ABŞ-ın Gürcüstandakı səfiri Con Taftın Erməni Apostol Kilsəsinin Gürcü yeparxiyasının rəhbəri Vazgen Mirzəxanyanla görüşdən sonra Vaşinqtona göndərdiyi depeşadan aydın olur ki, diplomat Cavaxetiyada yerli idarəetmə orqanlarının səlahiyyətlərinin artırılması, o bölgədə erməni dilinə rəsmi dil statusu verilməsi, Erməni Apostol Kiləsinin qeydiyyata alınması və sovet dövründə müsadirə olunmuş dini məbədlərin bu kilsəyə qaytarılması, Axalkələkdə Ermənistan-Gürcüstan birgə universitetinin yaradılması tələbinə haqq qazandırır və bu tələblərin beynəlxalq hüquq normalarına uyğun olduğunu bildirir.

ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç Dövlət Departamentinə göndərdiyi başqa bir məktubda erməni kilsəsinin rəhbəri II Qareginlə görüşünün təfərrüatlarını yazıb: “Katolikos dedi ki, əgər gürcü pravoslav kilsəsi mübahisəli kilsələrin onlara məxsus olduğunu isbatlasa, o kilsələrin Gürcüstana qaytarılmasına şəxsən kömək edəcək. II Qaregin həmçinin bildirdi ki, Gürcüstandakı ermənilərin dini problemlərinin qarşısında ən böyük maneə Gürcü Pravoslav kilsəsidir. Son illər bu kilsə çox mühafizəkar olub və çətin ki, indiki patriarxın dövründə hansısa irəliləyiş əldə olunsun. Çünki patriarx II İlya Gürcüstanda digər dini icmalara pravoslav kilsəsi ilə bərabər hüququn verilməsinin qəti əleyhinə çıxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR