Bank Of Baku

Türkiyə sərhədini pozan erməni tutulub

Türkiyə sərhədini pozan erməni tutulub
# 18 iyun 2008 14:00 (UTC +04:00)
Ankara APA. Türkiyə sərhədçiləri ölkə sərhədini pozan Ermənistan vətəndaşını həbs ediblər. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, Artaşat rayonunun 27 yaşlı sakini Arsen Avaqyan iyunun 18-də yaxalanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yerli vaxtla səhər saat 07:45-də erməni sərhədçiləri sərhədin pozulmasını xəbər verən siqnalizasiya səsləri qeydə alıblar. Hərbçilər əraziyə baxış keçirərkən ayaq izləri aşkar etsələr də, sərhəd pozucusunu tapmaq mümkün olmayıb. Üstündən 4 saat keçəndən sonra Türkiyə sərhədçiləri Ermənistan vətəndaşının həbs olunduğu barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR