Bank Of Baku

Edvard Nalbandyanla Havyer Solananın görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Edvard Nalbandyanla Havyer Solananın görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
# 18 iyun 2008 15:53 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Brüsseldə Avropa Birliyinin vahid xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Havyer Solana ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Ermənistandakı daxili siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparılıb. Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 7-də Sankt-Peterburqda keçirilən görüşü də müzakirə obyekti olub. H. Solana Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR