Bank Of Baku

Böyük Britaniya dünyanın ən böyük silah ixracatçısıdır

Böyük Britaniya dünyanın ən böyük silah ixracatçısıdır
# 19 iyun 2008 10:11 (UTC +04:00)
London-APA. Böyük Britaniya silah və hərbi texnikanın ixrac sifarişinin həcminə görə 2007-ci ildə birinci yeri tutub. APA-nın məlumatına görə, Müdafiə və Təhlükəsizlik Təşkilatının yaydığı məlumatda bildirilir ki, Böyük Britaniyanın müdafiə təyinatlı şirkətləri xarici sifarişçilərlə ümumi məbləği 19 milyard dollara yaxın müqavilə imzalayıblar. Bu, dünya silah və hərbi texnika ixracının ümumi həcminin təxminən 33 faizini təşkil edir.
Britaniya daha çox Şimali Amerika və Yaxın Şərq ölkələrinin silah bazarında möhkəmlənib. Britaniyalı ekspertlər bildirirlər ki, son illər dünya silah və hərbi texnika ixracında “müsbət dinamika” nəzərə çarpır. Bu, ilk növbədə İraq və Əfqanıstanda davam edən hərbi əməliyyatlarla bağlıdır. Son beş il ərzində Britaniya 53 milyard dollarlıq silah ixrac edib və bu göstəriciyə görə dünya ölkələri sırasında ikinci yerdədir. Siyahıda birinci yeri ABŞ (63 milyard dollar), üçüncü yeri Rusiya (33 milyard dollar) tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR