Bank Of Baku

Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub

Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub
# 19 iyun 2008 10:15 (UTC +04:00)
Moskva-APA. Rusiyanın ilk prezidenti Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub. APA-nın məlumatına görə, operator Aleksandr Kuznetsov bildirib ki, xüsusi xidmət orqanlarının əməkdaşları onun yeni sənədli film çəkilişlərinə mane olmaq üçün arxivini əlindən alıblar: “Mən Rusiyada demokratiyanın vəziyyəti haqda sənədli film çəkmək istəyirdim. Həmin çəkilişlərdə 600 kasetdən ibarət bu materiallardan da istifadə edəcəkdim. Görünür, kimlərsə bu filmi yekunlaşdırmağımı istəməyib”. A. Kuznetsovun sözlərinə görə, 2005-ci ildə işıq üzü görən “Prezident üçün kamera” kitabı Yeltsinin ailəsi tərəfindən bəyənilmədikdən sonra ondan arxivi təhvil vermək tələb olunub. Faktı şərh edən Rusiyanın ilk prezidentin protokol şefi Vladimir Şevçenko videoarxivin müsadirə olunması ilə Yeltsinin ailəsi arasında hər hansı əlaqə olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR