Bank Of Baku

Ermənistan baş prokurorunun keçmiş müavininin həbs müddəti uzadılıb

Ermənistan baş prokurorunun keçmiş müavininin həbs müddəti uzadılıb
# 19 iyun 2008 10:46 (UTC +04:00)
İrəvan-APA. Ermənistan baş prokurorunun keçmiş müavini Qagik Cangiryanın həbs müddəti uzadılıb. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, istintaq orqanının xahişi ilə belə bir qərar bu gün qəbul edilib.
Qeyd edək ki, Q. Cangiryana qarşı irəli sürülən ittihamlar iyunun 13-də qismən dəyişdirilib. Xüsusi istintaq xidmətinin xüsusi işlər üzrə baş müstəntiqi baş prokurorun keçmiş müavininə qarşı Cinayət Məcəlləsinin 235-ci maddəsinin 1-ci bəndi ilə (qanunsuz silah saxlama) ittiham irəli sürülməsindən imtina edib. Silahla bağlı sənədlər ilk gündən təqdim edilməsinə baxmayaraq, həbsdən ancaq 4 ay sonra baş prokurorun keçmiş müavininin üzərindəki silahın qanuni olduğu etiraf edilib. Lakin onun barəsində Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndi (dövlət hakimiyyətinin qəsb edilməsi) ilə iş açılıb. Bundan əlavə, keçmiş müavin daha 2 maddə ilə ittiham olunur.
Q. Cangiryan isə bütün ittihamları rədd edib. Müdafiə tərəfi bildirir ki, istintaq orqanının yeni qərarı Cangiryanın siyasi motivlərlə təqib edildiyini bir daha təsdiqləyir.
Xatırladaq ki, Q. Cangiryan müxalifətin mitinqlərindən birində prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Ertəsi gün onu həbs edərək hakimiyyət nümayəndəsinə zor tətbiq etmək və qanunsuz silah saxlamaqda ittiham ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR